Netanyahu Ruhaninin açıqlamalarını HƏZM ETMƏDİ

Baxış sayı:
4471

İsrailin baş naziri Binyamin Netanyahu, İran prezidenti Həsən Ruhaninin, Türkiyə-Rusiya-İran Üçlü Zirvə görüşündən sonra keçirdiyi və İsraili Suriyada terrorçuluğu dəstəkləməkdə günahlandırdığı açıqlamalarını həzm edə bilməyib.
 
Binyamin Netanyahu, İran prezidenti Həsən Ruhaninin Türkiyədə verdiyi İsraili ittiham edən açıqlamadan sonra çılğına dönüb.
Twitter hesabından açıqlama verən Netanyahu, "Məntiqsizlikdə sərhəd yoxdur. Bütün bölgədə terror əsdirən İranın terrorçu rejimi, İsraili terrorçuluqda günahlandırır. Ruhaninin, İran İnqilab Qvardiyasına bağlı xüsusi gücün Suriyadakı terror və təxribat fəaliyyətindən xəbəri yoxsa, biz ona xəbər verə bilərik" deyə, bildirib.
Müxalifət.az