​Netanyahu: “Ərəb ölkələri ilə həmişə gizli əməkdaşlığımız olub”

Muxalifət.az xəbər verir ki, İsrailin baş qərargah rəisinin Səudiyyə Ərəbistanı ilə kəşfiyyat paylaşmalarına hazır olduqları barədə açıqlama verməsindən və İsrailin enerji nazirinin Səudiyyə Ərəbistanı ilə ölkəsinin İrana qarşı “gizli əlaqə” saxladığı açıqlamasından sonra baş nazir Benyamin Netanyahu da açıqlama verib.
Netanyahu deyib: “Ərəb ölkələri ilə məhsuldar əməkdaşlığımız əsasən gizli şəkildə aparılır. Bu əlaqələr daim məxfi şəkildə davam edib. Mən ərəb ölkələri ilə olan bu münasibətlərin inkişafa davam edəcəyinə və sülh çevrəsinin genişlənəcəyi nəticəsini verəcəyinə inanıram. Qonşu ölkələrin sakinləri bizimlə əməkdaşlıq edəcəklər, çünki əks təqdirdə əcnəbi quldarla əməkdaşlıq etməyə məcbur olacaqlar”.
İsrailin rəsmi olaraq kağız üzərində yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri vardır. Lakin İsrail körfəzdəki monarxlarla və digər müsəlman ölkələri ilə İrana qarşı ortaq mövqedə olduqları üçün əməkdaşlıq edir.