​Netanyahu Putinə zəng etdi: Biz məsuliyyət daşımırıq!

Baxış sayı:
5452

İl-20 təyyarəsinin vurulmasından sonra İsrail Baş naziri Benyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
“Netanyahu baş verən qəzada ölən rusiyalı hərbçilərə görə, başsağlığı verib və bu olayla bağlı Suriya hökumətinin məsuliyyət daşıdığını əlavə edib. Baş nazir təyyarə qəzası ilə əlaqəli aparılan istintaqa kömək məqsədilə lazımi informasiya verə biləcəklərinə də hazır olduğunu bəyan edib”, - deyə bildirilib.
Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanın vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.