Netanyahu Pompeo ilə görüşdü: Suriyadan çıxmayın...

Baxış sayı:
6162

Türkiyə səfərindən sonra İsrailə yollanan ABŞ dövlət katibi Mayk Pompeo burada baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Haaretz” qəzeti israilli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, görüş zamanı Netanyahu Pompeodan ABŞ hərbçilərini Suriyadan çıxarmamasını istəyib. İsrail baş naziri bildirib ki, İran və regionda dəstək verdiyi qüvvələrə qarşı mübarizə aparmaq üçün Pentaqon İraq-Suriya sərhədində qalmalıdır.