Netanyahu Kürd referendumu haqda danışmağa yasaq qoydu

Müxalifət.az xəbər verir ki, Reuters xəbər agentliyi İsrail baş naziri Binyamin Netanyahunun dünən İraqda aparılan Kürd müstəqillik referendumu haqqında hökumət adından hər hansı bir şərh verilməsini qadağan etdiyini yazdı.
 
 Netanyahunun daha əvvəl referendumu dəstəkləyən açıqlaması Türkiyənin təpkisini çəkmişdi. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən etdiyi bir açıqlamada Netanyahunun Kürdlər məsələsindəki mövqeyinin Ankaranın İsrail ilə əlaqələrinə təsir edəcəyini söyləmişdi.
  Netanyahu "İsrail Kürd xalqının öz dövlətini qurmaq yolundakı qanuni səylərini dəstəkləyir" - demişdi. Referendum məsələsində fikri soruşulan İsrailli bir nazir dünən Reutersə verdiyi açıqlamada, "Netanyahu bizdən danışmamamızı istədi" - dedi. Bir başqa İsrailli səlahiyyətli də belə bir göstəriş verdiyini təsdiqləyib və məsələnin "çox həssas" olduğunu dedi.
Müxalifət.az