Netanyahu: "İsrail İranla müharibəyə hazırdır"

Baxış sayı:
3892

İsrail öz şimal sərhədlərində düşmən İranın hərbi mövcudluğuna yol verməyəcək.

RİA Novosti-nin verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclası zamanı deyib.

Hökumət rəhbəri Tehranın Suriyadakı hərbi iştirakını İsrailə qarşı yönəlmiş addım kimi qiymətləndirib.

“Hətta bu, münaqişə olsa belə, İranın ölkəmizə qarşı aqressiv addımını dayandırmağa hazırıq”, - Netanyahu bildirib.

O, əlavə edib ki, İsrail vəziyyəti gərginləşdirmək istəmir, lakin istənilən “ssenariyə hazırdır”.