Netanyahu hücumları təsdiqlədi
14-01-2019 10:10
Baxış sayı:
5629
İsrailin baş naziri Benyamin Netanyahu son 36 saat ərzində İsrail Hava Qüvvələrinin Suriya hədəflərinə hücum etdiyini təsdiqləyib. İsrail mətbuatında yer alan xəbərlərə görə, bir iclasda çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu, “Ötən 36 saat ərzində İsrail Hava Qüvvələri Suriyada bir çox hədəfi vurdu" deyib. Həyata keçirilən hücumlarla İsrail hökumətinin Suriyada İrana qarşı hərəkət etmək məsələsində qətiyyətinin göstərildiyi qeyd olunub. Müxalifət.az