Netanyahu hədələdi: VURARIQ

Baxış sayı:
7633

İsrailin baş naziri Binyamin Netanyahu Livandakı Hizbullahın baş katibi Həsən Nasrallahın İsrailin hamısını hədəf alma təhdidinə qarşı Livana əzici bir hücum reallaşdırmaqla hədələyib.
 
İsraiinl baş naziri Netanyahu hökumətin həftəlik kabinet yığıncağında, Hizbullah lideri Nasrallahın cümə günü etdiyi açıqlamalarını müzakirə edərək "Bu həftə Nasrallahın İsrailə hücum planlarını duyduq. Bu bilinməlidir ki, əgər Hizbullah axmaqlıq edərək İsrailə hücum etməyə cəhd etsə, onu və Livanı əzici bir hərbi zərbəylə vurarıq" deyib.
Hizbullahın İsrailə hücum planının detallarına diqqəti çəkən Netanyahu, "Mən Nasrallahın əksinə, hücum planlarımızın detallarını açıqlamayacağam. Ancaq yalnız ona illərcə qazdıqları terrorçu tunellərini bir neçə gün içində necə dağıtdığımızı xatırlatmaq istəyirəm" deyib.
 
"Bir raketin dəyməsi yetər"
 
Qeyd edək ki, Nasrallah cümə günü İsrailin Hizbullaha və Livana yönəlik 2006-cı ildə başlatdığı hücumun 13-cü ildönümü münasibətiylə Livanın “əl-Menar” televiziyasına verdiyi xüsusi müsahibədə, Bütün İsraili hədəf almaqla təhdid edərək "İsrailin nüvə silahlarına, ya da minlərlə raketə ehtiyacı yoxdur, yalnız Hayfa limanındakı amonyak tanklarına bir raketin dəyməsi yetərli olar" demişdi.
Müxalifət.az