Netanyahu F-35-in qarşısında poza verib İranı hədələdi

Baxış sayı:
14008

İsrailin baş naziri Binyamin Netanyahu F-35 döyüş təyyarələrinin qarşısında poza verərək İranı təhdid edib.
 
İsrailin baş naziri Binyamin Netanyahu Nevatim Hava Bazasında yerləşdirilən bir F-35 eskadrilyasını ziyarət edib. Netanyahuya İsrailin Baş Qərargah rəisi Aviv Kochavi yoldaşlıq edib.
Buradakı ziyarəti əsnasında bir açıqlama edən Netanyahu, F-35 döyüş təyyarələrinin qarşısında poza verərək "Bu arxamda gördüyünüz F-35-dir. Keçən günlərdə İran İsrailin dağıdılmasından bəhs edirdi. İran bunu xatırlamalıdır ki, bu təyyarələr Orta Şərqdə (İran və Suriya daxil) istədiyi hər yerə çata bilir" deyib.
Müxalifət.az