​Netanyahu dəvət etdi: NALBƏNDYAN İSRAİLƏ GEDİR

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan noyabrın 6-da İsrailə səfər edəcək.
Səfər iki gün davam edəcək. Ermənistan Xarici İşlər Nazirliyi səfərin İsrail Baş naziri Benyamin Netanyahunun dəvəti ilə baş tutduğunu bildirib.
Nalbəndyanın Tel-Əvivdə İsrailin bir sıra rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub. O, həmçinin, Qüds patriarxı arxiyepiskop Nurxan Manukyanla görüşməyi planlaşdırır.