Netanyahu çox çalışdı, PUTİNİ İNANDIRA BİLMƏDİ

Baxış sayı:
8023

Rusiya prezidenti Vladimir Putinin, İsrailin baş naziri Binyamin Netanyahunun dünən axşam dünyaya nümayiş etdirdiyi İranın gizli nüvə silahı proqramını qaneedici dəlil kimi görmədiyi qeyd olunub.
 
İsrail kəşfiyyatının ələ keçirdiyi iddia edilən gizli sənədləri göstərdikdən sonra Putinə zəng edən İsrailin baş naziri, İranın beş il əvvəl imzalanan P5+1 sazişini kobud şəkildə tapdaladığını söyləyib. Ancaq Putin üçün bu açıqlamanın kifayət qədər inandırıcı olmadığı ortaya çıxıb.
Putin ilə Netanyahunun telefon danışığı barədə açıqlama verən Kreml, Putinin İsrailin baş nazirinə dediklərini bu şəkildə təqdim edib:
“Rusiyanın İran nüvə razılaşması ilə bağlı mövqeyi dəyişməyib. Dünya təhlükəsizliyi baxımından birinci dərəcədə əhəmiyyət daşıyan bu müqaviləyə bütün maraqlı tərəflər riayət etməlidir”.
Putinin İsrailin baş nazirinə, həm İran nüvə müqaviləsi, həm də Suriyadakı son prosesləri müzakirə etmək üçün yaxında görüş təklif etdiyi də bildirilib.
Kremlin açıqlamasında Putinin, Netanyahunun dünən axşam dünyaya nümayiş etdirdiyi İranın gizli nüvə silahı proqramını qaneedici dəlil kimi görmədiyi də qeyd olunub.
Müxalifət.az