​Netanyahu Avropadan dəstək ala bilmədi, Yunkerlə görüşü ləğv etdi – QÜDS PROBLEMİ

Baxış sayı:
4073

İsrail Baş naziri Benyamin Netanyahu Brüsselə səfərini yarımçıq kəsərək, geri dönüb.
Muxalifət.az bildirir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker və Avropa Birliyinin xarici işlər nazirləri ilə görüş üçün Brüsselə gedən Netanyahu burada heç bir dəstək ala bilməyəcəyini dəqiqləşdirdikdən sonra Yunkerlə görüşünü ləğv edərək, ölkəsinə qayıdıb.
Netanyahu Brüsseldə yalnız Avropa Komissiyasının Təhlükəsizlik və Xarici Siyasət üzrə komissarı Federika Moqerini ilə görüşüb. Görüşdən sonra Moqerini AB-nin ABŞ kimi addım atmayacağını söyləyib. Netanyahunun kəskin qərar qəbul etməsinə də məhz bu məsələ səbəb olub.
Qeyd edək ki, Netanyahu AB-yə 22 ildən sonra ilk dəfə rəsmi səfər edib. /axar.az/