Netanyahu ABŞ-ın İran qərarından məmnundur

Baxış sayı:
9664

 ABŞ prezidenti Donald Trampın daha əvvəl İran neft sanksiyalarından azad saxlanılan 8 ölkəyə yeni sərbəstlik hüququ verilməyəcəyini açıqlaması İsraili sevindirib.
 
İsrail Baş naziri Binyamin Netanyahu Twitter hesabından verdiyi açıqlamada, ABŞ prezidenti Donald Trampın daha əvvəl İran neft sanksiyalarından azad saxlanılan 8 ölkəyə yeni sərbəstlik haqqı tanımama qərarından duyduğu məmnuniyyəti ifadə edib.
 
İRANI DAYANDIRMAQ ÜÇÜN DOĞRU YOLDUR
 
 ABŞ rəhbərliyinin qərarının İran rejimi üzərindəki təzyiqi artırmaq üçün mühüm bir addım olduğunu qeyd edən Netanyahu, "İranın təcavüzkarlığına qarşı ABŞ-ın qətiyyətli mövqeyini dəstəkləyirik. Bu, onu dayandırmaq (İran) üçün doğru yoldur" deyə bildirib.
Müxalifət.az