Neonasistləri kölgədən Tramp çıxarıb

"The Independent" yazır ki, neonasistləri və Trampı bir-birlərindən ayırmaq mümkün deyil. Heç də təkcə ona görə yox ki, əyinlərinə üzərində Hitlerin kəlamları olan maykaları geyinənlər Charlottesville-də "Hail Trump!" şüarı ilə salamlaşıblar, həm də ona görə ki, onları Trump hərəkətə gətirib. Onlar sanki Trampın adamlarıdır.
 
Məqalədə deyilir ki, "bu cür məxluqlar" Tramp afrikalı-amerikalı sələfinin doğum yerini şübhə altına alaraq özünün siyasi kareyerasına başlayandan əvvəl də mövcud idilər. Onları Trump yaratmayıb. Tramp onları qaranlıq kölgədən qaytarıb küçələrə gətirib.
Mükafatlı jurnalist Matthew Norman bunu da ehtimal edir ki, öz səhifələrində ağların ağalığını müdafiə edən ifrat sağçı Steve Bannon-u Trump-ın vəzifəyə gətirməsi də təsadüfi detyil.
"Trump ən azı ortabab irqçidir" - yazır Norman. Onun fikrincə, Trampdan başqa heç kəs Jeff Sessions-ı baş prokuror etməzdi.
Məqalədə deyilir ki, Charlottesville rüsvayçılığının səhəri günü Breitbart saytında 52 min mesajın Trump-ın ağ iqrçiliyi pisləməkdən çəkinməsini dəstəkləməsi də təsadüfi deyil.
Norman yazır ki, nasist nümayişinə çıxanların sayına görə Amerikadakı iqrçilərin sayını hesablamağa cəhd etmək olar, lakin bəlkə buna heç ehtiyac da yoxdur. Milyonlarla, on milyonlarla insan Trampa səs verməsəydi, o çətin prezident ola, hətta 2020-ci ildə təkrar seçilməyə cəsarət edə bilərdi.
Şənbə günü ağ millətçilər tərəfindən keçirilən marş zamanı bir avtomobilin piyadaların üstünə sürülməsi nəticəsində Heather Heyer ölüb.
Müəllif inanır ki, ikrah hissini hissələrə bölmək, Trampla onun qaralara "N" hərfi ilə başlanan sözlə müraciət etmək üçün darıxan milyonlarla tərəfdarı arasında saxta fərq yaratmaq olardı.
Norman yazır ki, son iki il ərzində ekspertlər Trampın həqarətlərini eşidir və onun axırının çatdığını deyirlər. Lakin başa düşmək lazımdır ki, Trmpın prezidentliyində Şimali Koreyanın nüvə meydanını sulanmasından daha tükürpədici vahimə var.
Vahimə bundan ibarətdir ki, milyonlarla amerikalı rənginin dərisi fərqli olanlara həqarət etmək anını gözləyirmiş.
Tramp Konstitusiya barədə riyakarcasına deyib: "Mən bu sənədə çox bağlıyam". Halbuki bu sənədin elə birinci maddəsi hamıya söz azadlığı verir. Charlotteville həlak olan gənc qadın da bu hamıdan biri idi.
Norman düşünür ki, əlbəttə Trampın simpatiyası kondfederatların tərəfindədir.
Amma nəticə eyni olacaq. Konfederatlar uduzacaqlar. Martin Luther King deyirdi ki, tarixin təkəri həmişə ləngər vursa da axırda ədalət tərəfə əyilir. Burası da var ki, bu ləngərin özü çox təhlükəlidir.