Neo-Conlar 3-cü DÜNYA MÜHARİBƏSİNİ BAŞLADACAQ

Baxış sayı:
5617

Neo-Conlar, Müsəlmanların ilk qibləsi olan Qüdsü Sionist İsrailin paytaxtı elan edərək qiyamət ssenarisini həyata keçirməyə başlayıb.
 
ABŞ prezidenti Trampın Qüdsü İsralin paytaxtı elan etməsi Neo-Con mentalitetinin bir təzahürüdür. Qüdsün İsrailin paytaxtı elan edilməsi Nil və Fərat çayları arasındakı vəd edilmiş torpaqların reallaşdırmasının ilk addımıdır. Trampın bu vədi yeni deyil, seçki kampaniyasında İsrailin ABŞ-dakı qlobal nümayəndələri olan Neo-Conlara verilmiş bir sözdür.
Xristian və Yəhudilərin inanclarında çalar fərqləri olsa da, Xristianlar və Sionistlər böyük müharibənin Yaxın Şərqdə olacağına inanır. Buna da "Armageddon" deyirlər. İbranicə bu, "Megiddo Dağı" mənasını verir. Yəhudilərin dini mənbələrinə görə, dünyanın sonuna doğru olacaq olan son müharibədir. Trampın Qüds qərarı Yaxın Şərqdə nəzərdə tutulan bu böyük müharibənin fitilini ruhlandırmışdır. ABŞ-lı Neo-Conların və İsrailli sağ ifratçılar batil inancları ilə onlara vəd edilənləri almaq üçün "Armageddon” müharibəsini tezləşdirmək istəyirlər.
 
BÖLGƏDƏ STABİLLİK POZULUB
 
“Böyük İsrail” layihəsinin həyata keçirilməsinə çalışılılır. Bu Gün ABŞ tərəfindən Qüdsün İsrailin paytaxtı olaraq tanınmasıı Neo-Conlar tərəfindən 2000-ci ildə hazırlanan “Yeni Amerika Əsri” layihəsinə (PNAC) əsaslanır. Bu layihə, başda Yaxın Şərq olmaqla, dünyanı yenidən formalaşdıraraq Amerikanın təkbaşına dünyanın jandarmı olması məqsədi güdür. Ancaq bu plan əslində Böyük İsrailin qurulmasını hədəf seçib. IŞİD-in işğal etdiyi yerlərə baxın, hamısı İsrailin iddia etdiyi vəd edilmiş torpaqların olduğu bölgədədir. IŞİD bəhanə edilərək Böyük İsrailin qarşısındakı tikanlar təmizlənir əslində.
 
BÖYÜK İSRAİLİ QURMAQ İSTƏYİRLƏR
 
2000-ci illərdə İraqın məruz qaldığı zülmün eynisinə Əfqanıstan, Tunis, Liviya və Yəmən bölgələri də məruz qaldı. İslam şəhərləri bir-bir xarabalığa və bu bölgədəki insanlar bir daha bir araya gəlməyəcək şəkildə qarşılıqlı müharibələrə sövq edildi. Bu mənzərəyə bir bütün olaraq baxdıqda görünən budur: Yəhudi idealı “Ərzi Movud”. Başda İsrail olmaqla, Amerika və Qərb imperializmi Anadolunun bir qisminin də içində olduğu, İraq, Suriya və Liviyanı insansızlaştırmaya çalışırlar. Bu şəhərlərə hərb-mülki ayrı-seçkiliyi etmədən milyonlarla yaşlı, qadın, kişi və uşağın üstünə tonlarla bomba yağdırıldı, təcavüzlər həyata keçirilib. Hamısı İsrailin “Ərzi Movud” idealı üçün edilir.
Trampın bir dəlilik edərək Qüdsü İsrail üçün paytaxt elan etməsi görünür. Ancaq onlardan asılı olmayan bir İlahi gerçək də vardır ki, nə İsrailə, nə də Amerikaya bu məkanda yer yoxdur, bunun da belə bilinməsi lazımdır.
Müxalifət.az