Nemtsovla vida marşında Ukrayna bayrağı...

Yüzlərlə moskvalı Boris Nemtsovun xatirəsinə həsr olunmuş matəm marşına qatılmaq üçün Moskvanın “Kitay-qorod” metrostansiyası yaxınlığındakı Slavyansk meydanına yığılıb.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları əllərində Rusiya bayrağı, Nemtsovun portretlərini və güllər tutublar. Hətta yaxınlıqdakı gül mağazalarında növbələr yaranıb.

Marşın keçiriləcəyi ərazi polisin tam nəzarəti altına alınıb.

Aksiya iştirakçıları meydanda Ukrayna bayrağını da dalğalandırıblar.