​Neftin qiyməti sürətlə bahalaşır

ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin 59 dolları ötüb.
Muxalifet.az bu barədə hərracların nəticələrinə istinadən xəbər verir.
Şimal dəniz neft qatışığının dekabr fyuçersləri bir barel üçün 1,06% artaraq 59,06 dollara çatıb.
Bundan əvvəl Dünya Bankı öz hesabatında 2018-ci ildə neftin qiymətinin bir barelə görə 56 dollara qədər artaracağını bəyan edib.