​“Neftin qiyməti süni şəkildə yüksəldilib və bu, qəbuledilməzdir” - TRAMP

Baxış sayı:
4102

ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC-i neftin qiymətini süni şəkildə yüksəltməkdə ittiham edib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, D. Tramp bu barədə “Twitter”də yazıb. “Belə görünür ki, OPEC yenə bunu edir. Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb. Neftin qiymətləri süni şəkildə çox yüksəldilib. Burada yaxşı heç nə yoxdur və bu, qəbul edilməyəcək”, – deyə o, bildirib.
D. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEC+ formatında nazirlərdən ibarət monitorinq komitəsinin növbəti iclası keçirilir. Bu format çərçivəsində OPEC ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir. Razılaşmanın yaxşı icrasının təsiri ilə neftin qiyməti yüksəlib.