Neftin qiyməti ilə bağlı mühüm proqnoz...

Baxış sayı:
6136

“IHS Markit” bazar araşdırmaları təşkilatı neftin bir barrelinin qiymətinin 60-70 dollar arasında qalacağını proqnozlaşdırır. Muxalifet.az xəbər verir ki, “IHS Markit”in neft analitiki Spenser Velç bu fikirdədir. “Ötən gün “qara qızıl”ın qiyməti ABŞ-ın Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunacağını açıqlaması fonunda kəskin ucuzlaşıb. Yanvardan bəri qiymət 60-70 dollar/barrel aralığında daha balanslı bir şəkildə dəyişirdi. Qlobal iqtisadiyyatın zəifləməsi qiyməti aşağı salan amildir. Biz neftin qiymətinin 60-65 dollar/barrelə yüksələcəyini düşünürük. Neftə artan tələbat dövrü yaşayırıq. OPEC və tərəfdaşları isə istehsalı azaltmaqda davam edir. Neft bazarı sərtləşir və qiymət hətta bir barrel üçün 60-70 dollar arasında dəyişəcək”, - deyə o bildirib.