Neftin qiyməti böyük sıçrayışla artır

Baxış sayı:
2044

İranın hərbi komandanlarından Qasım Süleymaninin ABŞ hava zərbəsi ilə öldürülməsinin ardınca neftin qiyməti sıçrayışla artaraq, son dörd ayda ilk dəfə bir barrel üçün 70 dollardan yuxarı yüksəlib.

"Guardian" yazır ki, bu, ilk növbədə İranın Süleymaninin öldürülməsinə mümkün cavab hərəkətləri ilə bağlıdır.

Qəzet yazır ki, Süleymaninin öldürülməsi Asiya, ABŞ və Avropada birjaları silkələyib və neftin qiyməti sentyabrdan bəri ən yüksək həddinə çatıb.

İran Süleymaninin öldürülməsinə görə qisas alacağını bəyan edib.

Neftin qiymətinin həftə sonundan bəri yüksəlişinin davam etməsinin bir səbəbi də ABŞ-ın İranın Yaxın Şərqin neft mədənlərini vura biləcəyi ilə bağlı xəbərdarlığı olub.

Vaşinqton bildirmişdi ki, belə bir hadisə baş verərsə, qlobal bazarın neftlə təchizatında fasilələr yarana bilər.

"Guardian" yazır ki, neft qiymətlərinin davamlı artması qlobal iqtisadi resessiya ilə də nəticələnə bilər.