​Neftin qiyməti 80 dolları keçdi – Bu, Azərbaycana nə vəd edir?

Baxış sayı:
5164

"Neftin qiymətinin 80 dollar olması Azərbaycana külli miqdarda mənfəət gətirə bilər”.
Muxalifet.az
xəbər verir ki, bunu “BBC Azərbaycanca”ya enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyib.
Onun sözlərinə görə, qiymət bu səviyyədə qalsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar.
2014-cü ildən bəri ilk dəfə neftin qiyməti 80 dolları keçib.
İlham Şaban bu artımın səbəbini geopolitik səbəblərlə izah edir.
O deyir ki, əsas səbəblər İsrailin Qəzza bölgəsini bombalamasından sonra Ərəb liqası xarici işlər nazirlərinin Qahirədə toplanması və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyilə bağlı yayılan məlumardır.
O, həmçinin ABŞ-ın neft emal zavodlarının iyun ayında təmirə bağlanmasını da səbəb kimi göstərir.
İlham Şaban deyir ki, Azərbaycan hal-hazırda 65000 barel neft ixrac edir.
Onun sözlərinə görə, ötən il neftin orta qiyməti 54 dollar idi və bu Neft Fonduna 6,3 milyard xalis mənfəət gətirib.
Hazırkı qiymətlə isə bu rəqəm 9 milyard dollara qədər arta bilər.
"Bu Azərbaycanın ümumi gəlirləri üçün vacib amildir. Xam neftlə müqayisədə qeyri- neft sektoru belə bir gəlir vəd edə bilməz", cənab Şaban deyir.
Təhlilçi bununla yanaşı neft qiymətlərinin heç vaxt stabil qalmadığını da qeyd edir.