Neftin qiyməti 150 dolları keçə bilər - SENSASİON PROQNOZ

Baxış sayı:
2421

Xəbər verdiyimiz kimi, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib.

“İndependent” xəbər verir ki, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək.

Nəşr iddia edir ki, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına zəncirvari təsir göstərəcək ki, bu da istehlakçılar üçün geniş çeşiddə malların qiymətinin qalxmasına səbəb olacaq.

Beynəlxalq ekspertlərə görə, Tehranın dünya neft daşımalarının beşdə birinin həyata keçirildiyi Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.(“Report”)