“Neftin bahalaşması bizə heç nə vermədi” - Qadir İBRAHİMLİ

Baxış sayı:
3916

“Bizə qalan 122 faizlik devalvasiya və fantastik qiymətlər oldu”

“Azərbaycan əsas ixrac məhsulu neft olduğundan təbii ki, neftin bahalaşmasına sevinmək lazımdır. Ancaq neftin bahalaşması orta statistik azərbaycanlıya nə verəcək? Yaxın 10 ilin acı təcrübəsi göstərdi ki, heç nə”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Qadir İbrahimli deyib.

“Neftin bahalaşmasına əhali yox, barmaqla sayılacaq şəxslər sevinir”

“Əksinə, son 10 ildə - böyük neft dolları dövründə Azərbaycanda təbii qazın qiyməti 33, işıq 5, metroda gediş haqqı 4, yanacaq məhsulları 2 dəfə bahalaşıb. Necə deyərlər, toyuq yumutlamadı yumurtlamadı, bəs, falı neylədi? Toyuğu da, falı da, yumurtanı da oliqarxlar və onlara yaxın şirkətlər yedilər, bizə qalan 122 faizlik devalvasiya və fantastik qiymətlər oldu. Ona görə də neftin bahalaşmasına əhali yox, barmaqla sayılacaq şəxslər sevinir”, - deyə iqtisadçı vurğulayıb.

Cavid, Muxalifet.az