​"Neftçi"nin rəqibləri bəlli oldu: Rusiya klubları və...

Baxış sayı:
719

Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.
Yanvarın 17-dən 31-dək Antalyada olacaq komandamız Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. “Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komandamız yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, üç gün sonra Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets”, yanvarın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.
Təlim-məşq toplanışı çərçivəsində yanvarın 30-da nəzərdə tutulan görüşdəki rəqib isə dəqiqləşməyib.