​"Neftçi"nin prezidenti İSTEFA VERDİ

Baxış sayı:
2779

“Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə tutduğu vəzifədən istefa verib.
Publika.az xəbər verir ki, prezident bu qərarı şəxsi istəyi ilə qəbul edib.
Klubun rəsmi saytından verilən məlumata görə, O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət ünvanlayıb. O.Hüseynzadənin istefası qəbul olunub.
Qeyd edək ki, Orxan Hüseynzadə həm də AFFA Klublar Komitəsinin sədridir.