​"Neftçi"də yeni təyinat: Allahverdiyevə vəzifə verildi

Baxış sayı:
5920

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Muxalifet.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu vəzifəyə Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.
1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.
Qeyd edək ki, buna qədər "Neftçi"də mətbuat xidmətinin rəhbəri vəzifəsində Anar Şabanoğlu çalışırdı.