​“Neftçi”-“Qəbələ” matçı bitdi: yeni vahid lider

Baxış sayı:
2107

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun mərkəzi matçında "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçda 36-cı dəqiqədə Baqali Dabo “Neftçi”ni önə keçirib. 48-ci dəqiqədə isə Dario Frederiko fərqlənib: 2:0.
“Qəbələ” 85-ci dəqiqədə Rauf Əliyevlə hesab arasındakı fərqi azaldıb, lakin görüşdə başqa qol olmayıb və “Neftçi” meydandan 2:1-lik qalibiyyətlə ayrılıb.
İki ardıcıl qələbədən sonra "Neftçi" 6 xalla vahid liderə çevrilib.