“Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq” - Qurban Qurbanov

Baxış sayı:
6738

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində evdə “Neftçi”nin 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Muxalifet.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- Futbolçularımı təbrik edirəm. Sevindiricidir ki, uzun fasilədən sonra da formasını itirməyiblər. İstəkli idilər.

- “Sevilya” ilə oyun öncəsi komandanızdan nə dərəcədə razı qaldınız?

- Vaxt keçdikcə, futbolçularımız bir qədər ritmdən düşürdülər. “Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq. Top itkisinə o futbolçular yol verirdilər ki, buna yol verməməlidilər. Düzdü, “Neftçi” də pis pressinq etmirdi.

- Beqoviçin durumundan razısınızmı? 

- Bu gün yaxşı idi. Ancaq 3-4 aydı oyun praktikasından məhrum olub. Hər bir halda belə oyunlarda bizə fayda verəcək.

- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin Avropa Liqasında debüt etmə şansları nə dərəcədədi? 

- İndidən proqnoz vermək çətindi. Ancaq birdən-birə belə oyunlara atmaq onu “yandıra” bilər.

- Ayltonun aqressiyası nə ilə bağlı idi? 

- Bu, məni də narahat edir. Bu aqressiya komandaya da, özünə də mane ola bilər.