​"Neftçi" biabırçı hesabla uduzdu

"Qarabağ" isə Lənkəranda büdrədi

Bu gün Premyer Liqada XXXIII tura start verilib. ANS PRESS-in məlumatına görə, ilk gündə turun 3 qarşılaşması baş tutub.
"Qarabağ" "Xəzər Lənkəran"ın qolnağı olub və heç-heçəyə razılaşıb - 1:1. "Qəbələ" səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib. "Neftçi" isə biabırçı hesabla uduzub - 0:4. Bu oyunda "İnter"dən Səlahət Ağayev, "Neftçi"dən Mirhüseyn Seyidov qırmızı vərəqə alıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Bakı" - AZAL oyunu ilə yekun vurulacaq. "Araz Naхçıvan" çempionatdan çıхdığından "Simurq" bu turda istirahət edəcək.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXIII tur
8 may
Xəzər Lənkəran - Qarabağ 1:1
Qollar: Ağabala Ramazanov, 78 - Leroy Corc, 80.
 
Sumqayıt - Qəbələ 0:2
Qollar: Aleksey Qay, 39. Viktor Mendi, 41.
 
İnter - Neftçi 4:0
Qollar: Baçana Tsxadadze, 45; 56. Derlis Meza Kolli, 49. Elvin Məmmədov, 90+1.