​"Neftçi" baş məşqçisi ilə yollarını ayırır

Baxış sayı:
6658

"Neftçi"nin baş məşqçisi Roberto Bordin mövsümün sonunda klubdan ayrılacaq. Publika.az xəbər verir ki, bu iddia İtaliya mətbuatında yer alıb. Xəbərə görə, 54 yaşlı mütəxəssis son mövsümlərdə çalışdırdığı komandalarda uğur qazandığına görə İtaliya klublarından da təklif ala bilər. Qeyd edək ki, "Neftçi" bu mövsüm R.Bordinin rəhbərliyi altında ölkə çempionatını ikinci pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.