​ NEFTÇALDA DƏHŞƏT: ər arvadını ürəyindən vurdu

Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü  Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.
A. Qafarova 3 uşaq anasıdır. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.