​Neftçalada QANLI OLAY: 29 yaşlı gənc güllələndi

Baxış sayı:
7986

Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.
Faktla bağlı araşdırma aparılır.