Neftçalada “Mercedes” aşdı, yeniyetmə öldü - YENİLƏNİB

Baxış sayı:
11341

Neftçalada qəzada ölən şəxsin kimliyi müəyyənləşib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu, Neftçalanın aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur. “Mercedes” markalı maşını 1984-cü il təvəllüdlü Fərəcov Röyal Təvəkkül oğlu idarə edib. 14:12 Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb. 10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata görə, qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib. Yaralılar var. Faktla bağlı araşdırma aparılır.