​Neftçalada avtomobil ağaca çırpılıb— Sürücü sərxoş imiş

Baxış sayı:
3406

Neftçala rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, axşam saatlarında rayonun Xolqaraqaşlı kəndində 1960-cı il təvəllüdlü yerli sakin Mənəfov Əli Gülağa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Jiquli” markalı avtomobil ilə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.