Neftçalada 62 yaşlı kişini maşın vurdu

Baxış sayı:
1651

Ötən gün axşam saatlarnda Neftçala rayonunda piyada vurulub.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Şorkənd kənd sakini, 62 yaşlı Yavər Talış oğlu Rəhimov bildirib ki, hava qaranlıq olduğu üçün markasını və nömrəsini müəyyənləşdirə bilmədiyi maşın tərəfindən vurulub.
Xəsarət aldığı üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y.Rəhimov, tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğu üçün, evə buraxılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.