​Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır

Baxış sayı:
244

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir.
Muxalifet.az xəbər verir ki, “Brent” markalı neft bu gün daha 0,5 dollar ucuzlaşaraq 70,18 dollara düşüb.
VTİ markalı neft də ucuzlaşıb və hazırda 60,19 dollara satılır.
Bu arada OPEK+ ölkələri hasilatın azaldılmasını dəstəkləyiblər. “bazar həddindən artıq doyub, ona görə də hasilatın gündə 1 milyon barrel azaldılması ideyası yaxşı başlanğıc olar”, - Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclası zamanı mediaya deyib.