“Neft-qaz satışından gələn 130 milyard dollardan 97 milyardı xərclənib” - EKSPERT

Qubad İbadoğlu: “Bu vəsaitin təxminən 33,15 milyard ABŞ dolları və ya 25,3 faizi yığıma yönəldilb”

“2001-2016-cı illər ərzində Dövlət Neft Fondunda neft-qaz satışından və sair mənbələrdən daxilolmaları 130,8 milyard ABŞ dolları olub, bu vəsaitin təxminən 33,15 milyard ABŞ dolları və ya 25,3 faizi yığıma yönəldilb, qalan 97 milyard 650 milyon dolları və ya 74,7 faizi xərclənib”. Muxalifet.az xəbər verir ki, bu barədə İqtsadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadğlu açıqlayıb

“5 nəfərlik ailəyə hazırkı kursla 80 min manat vəsait çatardı”

“Beləliklə də xərclənmiş neft pulları bu günkü məzənnə ilə 166 milyard manat təşkil edir ki, bu da adambaşına 16 min manat neft gəlirinin artıq xərcləndiyi deməkdir. Yəni həmin pul xərclənməyib yığım kimi elə dollarla saxlanılsa idi, hətta ondan əlavə dəyər yaranmasa da belə 5 nəfərlik ailəyə hazırkı kursla 80 min manat vəsait çatardı. Azərbaycada isə mövcud hakimiyyətin neft gəlirlərini səbatsız, amma məqsədli idarəetməsi nəticəsində kiçik qrup milyonlara, hətta bəziləri milyardlara sahib oldu, sıravi vətəndaşlar isə hələ uzun müddət banklara olan min manatlarla borclarların girdabında çabalamaqdadır” - deyib iqtisadçı.
Muxalifet.az