Neft Fondunun aktivləri 35 milyard dollara yaxındır

Fondun aktivləri 34,8 mlrd. dollara çatıb
 
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 4,96% artıb.
Fonddan verilən məlumata görə, nəticədə Fondun aktivlərinin həcmi iyulun 1-nə 34 790,9 mln. ABŞ dolları təşkil edib.
Bildirilib ki, aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına baş verib.