Neft daşlarında İNSİDENT: FƏHLƏ QƏTLƏ YETİRİLDİ

Baxış sayı:
4570

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
Muxalifət.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.
A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.