​Neft boru kəmərlərinə PUA-larla HÜCUM EDİLDİ

Baxış sayı:
5101

Səudiyyə Ərəbistanının neft boru kəmərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olunub.
Bunu Səudiyyə Ərəbistanı Energetika və sənaye naziri Xalid Əl-Fəlih deyib.
Nazirin sözlərinə görə, hücumlardan sonra ana boru xəttinə neftin göndərilməsi dayandırılıb. Hücumlardan sonra baş verən yanğın da tamamilə söndürülüb.
Hücumun məsuliyyətini İranın dəstək verdiyi Husilər öz üzərinə götürüb. Terror təşkilatı Səudiyyə Ərəbistanının hücum taktikasının qarşısını almaq məqsədilə belə bir mesaj verdiklərini açıqlayıb.
Qeyd edək ki, son 2 gündə körfəz bölgəsində xaos yaranıb. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına aid gəmilərin yanmasından sonra ABŞ bu hadisənin arxasında İranın dayandığını iddia etmişdi. Lakin İran bu iddianı təkzib etmişdi.
Bu gün “Nyu-York Tayms”da dərc olunan xəbərə görə, ABŞ prezidenti Donald Tramp təsdiq etsə, ABŞ Yaxın Şərqə 120 min əsgər göndərəcək. Körfəzdə İranı blokadaya salmağa çalışan ABŞ daha əvvəl F-35 qırıcılarını, B-52 nüvə bombardmançılarını, “USS Abraham Lincoln” gəmisini və çox sayda döyüş gəmilərini bölgəyə göndərmişdi./Publika