​Necati Şaşmaz atası qəzaya uğradı – MƏŞHUR AKTYOR HADİSƏ YERİNƏ GƏLDİ VƏ...

Baxış sayı:
679

Türkiyənin məşhur aktyoru, daha çox Polad Ələmdar kimi tanınan Necati Şaşmazın atası Əbdülqədir Şaşmaz avtomobil qəzasına uğrayıb.
 
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, qəza zamanı avtomobilə ziyan dəysə də, Əbdülqədir Şaşmaz xəsarət almayıb. Qəzada yer alan digər sürücünün də vəziyyətinin yaxşı olduğu bildirilib.
 
Məlumata görə, Necati Şaşmaz olaydan dərhal sonra qəza baş verən yerə gələrək, atasını şəxsi maşını ilə evə aparıb.