​Nazirlərin yemək xərci 5 DƏFƏ ARTIRILDI

Baxış sayı:
1426

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi beynəlxalq səviyyəli gənclər tədbirlərinin xərcləri artırılıb. 
Məlumata görə, Nazirlər Kabineti bununla bağlı "Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. 
Beləliklə, 2007-ci ildən indiyə qədər nazirliyin təşkil etdiyi beynəlxalq səviyyəli gənclər tədbirlərində iştirak edən nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlara gündəlik yemək xərcləri 1 nəfər üçün 20 manat olub. Dəyişikliyə əsasən bu, 5 dəfədən çox artırılıb. Bundan sonra onların hər birinə nahar yeməyi üçün 40 manat, şam yeməyi üçün 60 manat, tədbirlər zamanı çay, qəhvə fasiləsi üçün 10 manata qədər xərclənəcək./BakuPost