​NAZİRLƏRİN QARABAĞ GÖRÜŞÜ BAŞLADI

Baxış sayı:
819

Polşanın Krakov şəhərində Azərbaycanın və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbniat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
“Xarici işlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşür. Azərbaycan tərəflər arasında münaqişənin nizama salınması üzrə predmet və məntiqli danışıqları dəstəkləyir”, - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, görüşdə Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.