​Nazirlər Bakıda görüşəcək - SƏFİRDƏN AÇIQLAMA

İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, görüşdə ikitərəfli və üçtərəfli məsələlər, eyni zamanda cari məsələlər müzakirə olunacaq.
E. Özoral onu da əlavə edib ki, iyulun 18-19-u tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının başçılarının da görüşü keçiriləcək(apa).