​Nazirliyin əməkdaşı rəisin otağında ÖZÜNÜ BIÇAQLADI

Baxış sayı:
6895

Vergilər Nazirliyinin əməkdaşı Ramiz Babayev iş yerində özünü bıçaqlayıb.
Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə R.Babayevin şöbə rəisi ilə mübahisəsindən sonra baş verib. O, idarə rəisinin otağına gələrək şöbə müdiri tərəfindən incidildiyini və məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib. İdarə rəisi ilə də aralarında yaranan mübahisədən sonra Babayev özünə iki bıçaq zərbəsi ilə xəsarət yetirib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır və bir neçə şəxsin izahatı alınıb.
O, dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, R.Babayevin vəziyyəti kafidir.
Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlamasında Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov deyib ki, bu barədə rəsmi açıqlama veriləcək.