Nazirlikdən sosial şəbəkələrdə yaranan problemlə bağlı AÇIQLAMA

Baxış sayı:
652

Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar.  Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır. 
Populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb. 
ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər “Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər.