​Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Baxış sayı:
2767

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Xəbərdarlıqda hava şəraitinin kəskin dəyişəcəyi qeyd edilib:
“Dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində havanın şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var”