​Nazirlikdə yeni TƏYİNAT

Baxış sayı:
7918

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub. Nazirlikdən Muxalifet.az-a verilən məlumata görə, telejurnalist Şahin Əliyev nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb. O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddinqızına həvalə olunub. O, bu təyinata qədər ATV-nin “Xəbər” proqramının aparıcısı olub.