​Nazirlik güclü küləklə bağlı məlumat yaydı - YENİLƏNDİ

Baxış sayı:
22543

Yanvarın 17-si saat 21:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26-31 metrə bərabərdir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib.
Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.