Nazirin vətəndaş qəbulunun tarixi dəyişdi

Baxış sayı:
4522

27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.
Bu barədə FHN-nin saytında qeyd olunub. Bildirilib ki, qəbul barədə əlavə məlumat veriləcək. 
ununla belə, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində, nazir müavini Etibar Mirzəyev tərəfindən isə Zaqatala şəhərində 27 iyun 2019-cu il tarixində vətəndaşların qəbulu həyata keçiriləcək.